LOR Hospital

Audiometriya

Audiometriya – eşitmə qabiliyyətini ölçmək üçün tətbiq olunan klinik testdir. Ənənəvi olaraq klinika və ya xəstəxana şəraitində aparılsa da, artıq portativ mobil audiometriya avadanlığı vasitəsilə evinizdə və ya iş yerinizdə həyata keçirilə bilər.
Xidmət kimlər üçün uyğundur?
• Eşitmə zəifliyi hiss edən şəxslər
• Yaşlı insanlar
• Uşaqlar (xüsusilə nitq inkişafı gecikən)
• Səsli mühitdə danışılanı ayırd edə bilməyənlər
• Qulaqda küy və ya uğultudan əziyyət çəkənlər
• Peşəkar sürücülər və pilotlar üçün müntəzəm tibbi yoxlamalar zamanı
• Klinika və ya xəstəxanaya getməkdə çətinlik çəkənlər
Test necə aparılır?
Ünvana gələn tibb işçimiz və ya LOR mütəxəssisi portativ audiometr vasitəsilə aşağıdakı mərhələləri yerinə yetirir:
• Təmiz və sakit mühit təmin olunur.
• Qulaqlıqlar vasitəsilə fərqli tezliklərdə səslər verilir.
• Pasiyentin cavablarına əsasən eşitmə qrafiki (audiogram) çıxarılır.
• Nəticələr əsasında eşitmə dərəcəsi və növü təyin olunur.
• Ehtiyac olduqda həkim rəyinə əsasən müalicə və ya eşitmə cihazı məsləhət görülür.
Test nəticələri
Audiometriya testindən sonra sizə təqdim edilən məlumatlar:
• Eşitmə səviyyəsi (normal, yüngül, orta, ağır eşitmə itkisi)
• Hansı tezliklərdə problem var (alçaq, orta, yüksək səslər)
• Neyrosensor, keçirici və ya qarışıq eşitmə itkisi diaqnozu
• Növbəti addımlara dair tövsiyələr
LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft