LOR Hospital

Keyfiyyət Siyasəti

LOR Hospital – Keyfiyyət Siyasəti və Öhdəliyi

Məqsədimiz:
LOR Hospital olaraq məqsədimiz pasiyentlərə təhlükəsiz, effektiv və etik tibbi xidmət göstərmək, onların sağlamlığını və məmnuniyyətini daim ön planda tutmaqdır.

Keyfiyyət Siyasətimizin Əsas Prinsipləri:
1.  Pasiyent Yönümlülük
– Xidmətlərimizi pasiyentlərin ehtiyac və gözləntilərinə uyğun təşkil edərək maksimum məmnuniyyət təmin edirik.

2.  Davamlı Təkmilləşmə
– Bütün proseslər mütəmadi olaraq təhlil edilir, ölçülür və keyfiyyətin davamlı inkiaşı üçün fəaliyyət planları hazırlanır və tətbiq edilir.

3.  Uyğunluq Öhdəliyi
– Beynəlxalq standartlara, normativ huquqi sənədlərə və digər tənzimləyici tələblərə tam riayyət olunur.

4.  Peşəkar Heyətin İnkişafı
– Tibbi və inzibati heyətin bilik və bacarıqlarını artırmaq üçün davamlı təlim və inkişaf proqramları həyata keçirilir.

5.  Risk Əsaslı Düşüncə
– Xidmət keyfiyyətinə təsir edə biləcək risk və imkanlar təhlil olunur və qabaqlayıcı tədbirlər görülür.

6.  Maraqlı Tərəflərin Gözləntiləri
– Pasiyentlər, əməkdaşlar, dövlət qurumları və digər maraqlı tərəflərin tələbləri nəzərə alınaraq fəaliyyətlər planlaşdırılır və icra edilir.

Keyfiyyət Öhdəliyimiz:
LOR Hospital, ISO 9001:2015 standartına uyğun Keyfiyyət İdarəetmə Sistemini tətbiq etməklə:
-  Müştəri məmnuniyyətini artırmağı,
Xidmət keyfiyyətini davamlı inkişaf etdirməyi,
-  Qanunvericilik və normativ tələblərə tam riayyət etməyi,
-  Risk əsaslı yanaşmanı tətbiq etməyi,
Müştəri və maraqlı tərəf gözləntilərinə cavab verməyi,
-  Bütün əməkdaşların Keyfiyyət İdarəetmə Sisteminin effektivliyində aktiv iştirakını təmin etməyi öhdəsinə götürür.
LOR Hospital rəhbərliyi bu siyasətin həyata keçirilməsinə, davamlı təkmilləşdirilməsinə və bütün əməkdaşlar tərəfindən dəstəklənməsinə tam öhdəlik götürür.
LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft