LOR Hospital

Mərkəzlərimiz

Başgicəllənmə Mərkəzi
Başgicəllənmənin səbəblərinin müəyyənləşdirilməsi və müalicəsi məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş mərkəzimizdə Videonistagmografi (VNG) və digər diaqnostik testlər vasitəsilə vestibulyar pozğunluqların dəqiq diaqnozu qoyulur.

Estetik və Plastik Cərrahiyyə Mərkəzi
Rinoplastika və otoplastika, eləcə də estetik korreksiyalar peşəkar cərrahlar tərəfindən icra olunur. Burada məqsəd həm təbii görünüşü qorumaq, həm də funksional nəticə əldə etməkdir.

Səs Mərkəzi
Səs problemlərinin (xırıltılı, zəif, səs itkisi və s.) diaqnozu və müalicəsi burada səs terapiyası və müasir cihazlarla həyata keçirilir. Mərkəzimizdə həm peşəkar səslə işləyən şəxslərin, həm də səs xəstəlikləri olan pasiyentlərin müalicəsi fərdi yanaşma ilə aparılır.

Eşitmə Mərkəzi
Eşitmə itkisinin səbəblərinin araşdırılması, diaqnozu və reabilitasiyası üzrə xidmət göstərilir. Eşitmə testləri, timpanometriya, otoakustik emisiya və koxlear implant üzrə müayinə və məsləhətlər həyata keçirilir.

Üz və Çənə Cərrahiyyə Mərkəzi
Üz-çənə sümükləri, yumşaq toxumalar və dişlərlə bağlı anadangəlmə və qazanılmış problemlərin cərrahi müalicəsi aparılır.

Yuxu Mərkəzi
Yuxu apnesi, xoruldama, yuxuda nəfəs dayanması kimi problemlərin diaqnostikası üçün Yuxu Laboratoriyası fəaliyyət göstərir. Polisomnoqrafiya vasitəsilə pasiyent yuxu zamanı izlənilir və nəticələrə əsasən fərdi müalicə planı hazırlanır.

Astma və Ağciyər Mərkəzi
Bronxial astma, bronxit, pnevmoniya, allergik öskürəklər və digər ağciyər xəstəliklərinin erkən aşkarlanması, spirometriya vasitəsilə tənəffüs funksiyalarının dəqiq qiymətləndirilməsi həyata keçirilir.
LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft