UPPP - Uvulopalafaringoplastika
Xoruldama və yuxuda tənəffüs dayanmasına qarşı effektiv cərrahi həll!
UPPP (Uvulopalatofaringoplastika) – boğazın arxa divarında yerləşən yumşaq damaq, kiçik dil (uvula) və boğaz əzələlərinin formalaşdırıldığı və ya artıq toxumanın çıxarıldığı bir cərrahi müdaxilədir.
Bu əməliyyat xroniki xoruldama və yuxuda tənəffüs dayanması (obstruktiv yuxu apnesi) olan şəxslərdə hava yolunun açılmasını təmin etmək məqsədilə aparılır.
Nə zaman UPPP tövsiyə olunur?
- Şiddətli xoruldama
- Yüngül və ya orta səviyyəli obstruktiv yuxu apnesi
- CPAP cihazını istifadə edə bilməyən və ya uyğunlaşa bilməyən pasiyentlər
- Boğazda anatomik daralma (iri kiçik dil, uzanmış yumşaq damaq, iri badamcıqlar)
Əməliyyat necə aparılır?
Ümumi anesteziya altında aparılır. Aşağıdakılar həyata keçirilə bilər:
- Kiçik dilin (uvula) qısaldılması və ya çıxarılması
- Yumşaq damaq toxumasının və boğaz arxa divarındakı əzələlərin formalaşdırılması və gərilməsi
- Bəzən badamcıqların (tonsillərin) çıxarılması
- Əməliyyat təxminən 30–60 dəqiqə çəkir
Gözlənilən nəticələr:
- Xoruldama səviyyəsinin ciddi şəkildə azalması və ya tam keçməsi
- Tənəffüs yolunun açılması nəticəsində yuxu keyfiyyətinin artması
- Gündüz yorğunluğun azalması, konsentrasiya və həyat keyfiyyətinin yüksəlməsi
- Qoruyucu tənəffüs cihazı (CPAP) ehtiyacının aradan qalxması (bəzi hallarda)
Əməliyyatdan sonra
- 1 həftəyə qədər boğaz ağrısı (adi udqunma və yemək zamanı).
- Maye və yumşaq qidalarla qidalanma tövsiyə olunur.
- Qısa müddətli danışma çətinliyi və boğazda gərginlik hissi
- Tam sağalma: 2–3 həftə
1. UPPP əməliyyatı ağrılıdırmı?
- Əməliyyatdan sonra boğaz ağrısı ola bilər, lakin ağrıkəsicilərlə idarə olunur.
2. Təsiri daimi olur?
- Əgər əsas səbəb anatomik daralma və toxuma çoxluğudursa, əməliyyat effektiv və uzunmüddətli nəticə verir.
3. Yenidən xoruldama başlaya bilərmi?
- Əgər çəki artımı və ya toxuma sallanması davam edərsə, zamanla xoruldama qayıda bilər. Amma nəticə çox hallarda qalıcı və müsbət olur.