LOR Hospital

Rinoplastika

Rinoplastika – burunun xarici görünüşünü və ya nəfəsalma funksiyasını yaxşılaşdırmaq məqsədilə aparılan cərrahi əməliyyatdır. Bu prosedur vasitəsilə burunun ölçüsü, forması, burun ucu, burun körpüsü və burun dəlikləri dəyişdirilə bilər.

Rinoplastika həm estetik (xarici görünüş üçün), həm də funksional (nəfəsalma problemləri üçün) icra edilə bilər. Bir çox hallarda estetik və septoplastika eyni əməliyyat zamanı birlikdə aparılır.

Rinoplastika kimlər üçün uyğundur?
Aşağıdakı hallarda rinoplastika tövsiyə olunur:
-  Burun formasından narazı olanlar,
-  Burun ucunun qalın, iri, düşmüş və ya asimmetrik olması,
-  Burun sümüyünün əyri, qabarıq və ya çökük olması,
-  Burun dəliklərinin qeyri-bərabərliyi,
-  Burunda travma sonrası deformasiya,
-  Nəfəsalma çətinliyi ilə müşayiət olunan septum əyriliyi,
  
Əməliyyat necə aparılır?
-  Əməliyyat ümumi anesteziya altında aparılır.
-  Açıq və ya qapalı üsulla icra olunur.
-  Qapalı üsul – burun daxilindən, izsiz.
-  Açıq üsul – burun alt hissəsində kiçik kəsik (incə iz qala bilər).
-  Burunun sümük və qığırdaq strukturu yenidən formalaşdırılır.
-  Əməliyyat müddəti: 1.5–3 saat
-  Əməliyyatdan sonra burna atel və içliklər yerləşdirilə bilər.
  
Sağalma prosesi necə olur?
-  1-ci həftə: atel və içliklər çıxarılır, şiş və göyərmələr azalmağa başlayır.
-  2–3 həftə: nəfəs rahatlaşır, burun formasının ilkin konturları görünür.
-  1–3 ay: burun forması oturuşmağa başlayır.
-  Tam nəticə: 6–12 ay ərzində tam formalaşır.

Rinoplastikanın üstünlükləri:
-  Simmetrik, estetik və təbii görünüşlü burun
-  Üz cizgiləri ilə daha uyğun və harmonik görünüş.
-  Daha rahat nəfəs alma (əgər septum korreksiyası aparılıbsa).
-  Xüsusilə özünə inamın və psixoloji rahatlığın artması.

Mümkün risklər:
-  Şişkinlik və göyərmələr (müvəqqəti)
-  Qoxu hissində keçici zəifləmə
-  Qanama və ya infeksiya (çox nadir)

Əməliyyat təcrübəli LOR-cərrah və ya plastik cərrah tərəfindən icra edildikdə bu risklər minimuma enir.

1. Əməliyyatdan sonra burun tamamilə dəyişəcək?
-  Əksər hallarda burun dəyişiklikləri təbiiliyi qoruyaraq edilir. Pasiyentin üz cizgilərinə uyğun ən ideal forma seçilir.

2. Burnum düşər və ya forması pozular?
-  Əgər əməliyyat düzgün texnika ilə icra olunarsa, forma stabildir və düşmə riski çox nadirdir.

3. Nəticə qalıcıdırmı?
-  Bəli. Formalaşmış nəticə ömürlük olaraq qalır.

4. Neçə yaşdan rinoplastika mümkündür?
-  Ən azı 18 yaşdan sonra, burun inkişafı tam başa çatdıqda aparılması tövsiyə olunur.
LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft