Yuxu Mərkəzi
LOR Hospital-ın müasir avadanlıqlarla təchiz edilmiş Yuxu Laboratoriyası yuxu zamanı beynin fəaliyyəti, ürək döyüntüləri, nəfəs ritmi, oksigen səviyyəsi və digər həyati funksiyaları polisomnoqrafiya vasitəsilə dəqiq izləyir. Bu sayədə yuxu pozğunluqlarınızın səbəbi müəyyən edilir və effektiv müalicə planı hazırlanır.
Polisomnoqrafiya zamanı izlənilir:
- Beyin fəaliyyətləri (EEQ) – yuxu mərhələlərinin təyin edilməsi üçün
- Göz hərəkətləri (EOG) – REM və qeyri-REM yuxunun izlənməsi
- Əzələ tonusu (EMG) – yuxuda hərəkətlərin təhlili üçün
- Nəfəs axını və nəfəs səyi – yuxu apnoesinin aşkarlanması üçün
- Oksigen səviyyəsi (SpO₂) – qanda oksigenin düşüb-düşmədiyini göstərir
- Ürək fəaliyyəti (EKQ) – ritm pozğunluqlarının aşkarlanması üçün
Hansı hallarda təyin olunur?
- Xoruldama və yuxuda nəfəs dayanması (apnoe) şübhəsi
- Gündüz həddindən artıq yuxululuq
- Yuxu ilə bağlı hərəkət və davranış pozuntuları
- Narkolepsiya, parasomniya
- Yuxu rejimi və keyfiyyəti pozulmuş pasiyentlərdə
Bu test adətən xüsusi yuxu laboratoriyasında gecə boyu aparılır.