LOR Hospital

EKQ və EXO-KQ (Elektrokardioqrafiya və Exokardioqrafiya)

EKQ və EXO-KQ (Elektrokardioqrafiya və Exokardioqrafiya)
Elektrokardioqrafiya (EKQ)
Elektrokardioqrafiya – ürək əzələsinin və keçirici sistemin funksiyasını araşdırmaq üçün ürəkdə əmələ gələn elektrik fəaliyyətinin yazılmasıdır.
Bu fəaliyyətlər axın yüksəldici (amplifikator) vasitəsilə gücləndirilərək istiliyə həssas kağız üzərinə qeyd olunur.
EKQ, ürək xəstəliklərinin aşkarlanmasında mühüm rol oynayır və həkim tərəfindən aparılan fiziki müayinə, laborator analizlər və digər nəticələrlə birlikdə dəyərləndirilərək düzgün diaqnoz qoyulmasına kömək edir.
Exokardioqrafiya (EXO-KQ)
Exokardioqrafiya – ürək əzələsi və ümumilikdə ürək fəaliyyətini səs dalğaları (ultrasəs) vasitəsilə qiymətləndirən müayinə metodudur.
Bu müayinə zamanı radiasiya istifadə olunmur və heç bir dərman tətbiq edilmir.
Ona görə də EXO həm hamilələrdə, həm də yeni doğulmuş uşaqlarda tam təhlükəsiz şəkildə aparıla bilər.
Bu üsul ürək böyüməsi, ürək əzələsinin xəstəlikləri, qapaq patologiyaları, ürək çatışmazlığı, ürək daxili kütlələr, tromblar, şişlər, anadangəlmə ürək qüsurları, eləcə də orqanizmin ən böyük damarı olan aortanın xəstəliklərinin müəyyən edilməsində vacib diaqnostik vasitədir.
LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft