Beynəlxalq Əməkdaşlıq
Referans Medical Group beynəlxalq miqyasda qabaqcıl tibbi xidmət göstərən tibb müəssisələri ilə səmərəli korporativ əməkdaşlıqlar qurmuşdur. Bu əməkdaşlıqlar çərçivəsində aşağıdakı fəaliyyətlər həyata keçirilir:
- Xarici Təcrübə Proqramları: Əməkdaşlarımızın bilik və bacarıqlarını artırmaq məqsədilə mütəmadi olaraq xarici klinikalarda təcrübə proqramlarını dəstəkləyirik.
- Xarici Mütəxəssislərin Qəbulu: Pasiyent tələblərinə uyğun olaraq xarici mütəxəssislərin Azərbaycanda pasiyent qəbullarını təşkil edirik.
- Tibbi Yönləndirmə: Vətəndaşların xarici klinikalara yönləndirilməsini və tibbi xidmətlərin təşkilində dəstək göstəririk.
- Elmi-Praktiki Konfranslar: Xarici həkimlərlə birgə geniş miqyaslı elmi-praktiki konfranslar təşkil edirik.
- Tibbi Təxliyyə: Türkiyənin Aprojet Hava Ambulansı şirkəti ilə əməkdaşlıq çərçivəsində xəstələrin xaricə təxliyyəsini daha da sürətləndirmişik.
- Rekonstruktiv Cərrahiyyə: Azərbaycanda daha öncə aparılması mümkün olmayan rekonstruktiv cərrahi əməliyyatlar üçün beynəlxalq səviyyədə tanınan estetik, plastik və rekonstruktiv cərrahlarla əməkdaşlıq edirik.
Əməkdaşlıq Memorandumları
1. "Anadolu Sağlık Merkezi" ilə Əməkdaşlıq (Aprel 2022)
2022-ci ilin aprel ayında Referans Medical Group və Türkiyənin Anadolu Sağlık Merkezi arasında memorandum imzalanmışdır. Bu əməkdaşlıq çərçivəsində:
- Anadolu Sağlık Merkezinin mütəxəssisləri mütəmadi olaraq Azərbaycana dəvət edilir və Referans Medical Group-a daxil olan klinikalarda pasiyent qəbulları həyata keçirirlər.
- Pasiyentlər, həmçinin onlayn konsultasiya vasitəsilə Anadolu Sağlık Merkezinin həkimlərinin xidmətlərindən yararlana bilirlər.
2. "Институт мозга человека им. Н.П.Бехтеревой" ilə Əməkdaşlıq (Noyabr 2022)
2022-ci ilin noyabr ayında Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Институт мозга человека им. Н.П.Бехтеревой ilə əməkdaşlıq memorandumu imzalanmışdır. Bu razılaşmaya əsasən:
- İnstitutun mütəxəssisləri mütəmadi olaraq Azərbaycana dəvət olunur və Referans Medical Group-un klinikalarında pasiyent qəbulları aparılır.
3. "Manor Medical Center" ilə Əməkdaşlıq (May 2024)
23 may 2024-cü il tarixində Referans Medical Group və İsraildə yerləşən Manor Medical Center arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memoranduma əsasən:
- Manor Medical Center mütəxəssisləri mütəmadi olaraq Referans Medical Group-a daxil olan klinikalarda pasiyent qəbulları həyata keçirəcəklər.
İnanırıq ki, xarici mütəxəssislərlə yerli peşəkarların birgə əməkdaşlığı nəticəsində əldə edilən təcrübə, vətəndaşlarımıza daha yüksək səviyyədə tibbi xidmət göstərmək üçün geniş imkanlar yaradacaqdır.
4. “Ники Детства” pediatriya mərkəzi ilə Əməkdaşlıq (Aprel 2025)
Referans Medical Group və Rusiya Federasiyasında fəaliyyət göstərən “Ники Детства” pediatriya mərkəzi arasında 8 aprel 2025-ci il tarixində əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən: “Ники Детства” mərkəzinin pediatr mütəxəssisləri daim Referans Medical Group-un pediatr həkimləri ilə əlaqədə olur, mütəmadi olaraq onlayn mühazirələr təşkil edirlər. Həmçinin, Referans Medical Groupun tərkibində olmayan sahələr üzrə “Ники Детства” həkimləri klinikalarımıza gələrək pasiyent qəbulları həyata keçirirlər.
İnanırıq ki, bu əməkdaşlıq tibbi bilik və təcrübə mübadiləsini gücləndirəcək, pasiyentlərimizə daha keyfiyyətli və ixtisaslaşmış tibbi xidmət göstərilməsinə imkan yaradacaqdır.