LOR Hospital

Otoplastika

Daha simmetrik və estetik görünən qulaqlar üçün sadə və effektiv cərrahi müdaxilə

Otoplastika – doğuşdan və ya sonradan yaranan qulaq forması, ölçüsü və ya yerləşmə bucağındakı problemləri aradan qaldırmaq üçün aparılan estetik qulaq əməliyyatıdır. Ən çox rast gəlinən səbəb isə:

Qulaqların normadan artıq önə doğru çıxıq (kepenk qulaq) olmasıdır. Kimlər üçün uyğundur?
-  Qulaqları önə doğru çıxıq olanlar
-  Qulaq forması asimmetrik və ya qıvrımları zəif inkişaf etmiş şəxslər
-  Travma və ya əvvəlki əməliyyat sonrası qulaq deformasıyası olanlar
-  6 yaşdan yuxarı uşaqlar və böyüklər

Əməliyyat necə aparılır?
-  Ümumi və ya lokal anesteziya ilə həyata keçirilə bilər.
-  Qulağın arxa hissəsindən gizli bir kəsik aparılır.
-  Qığırdaq toxuması formalaşdırılır və ya gücləndirilir.
-  Qulaq baş nahiyəsinə daha yaxınlaşdırılır və simmetrik formaya salınır.
-  Əməliyyat müddəti: 1–2 saat

Əməliyyatın üstünlükləri:
-  Qulaqlar artıq önə doğru çıxmır, daha estetik görünür.
-  Özgüvən və sosial rahatlıq artır
İzlər görünmür – çünki kəsik qulağın arxasında olur.
-  Təkrar əməliyyat ehtiyacı nadirdir

Bərpa prosesi:
-  1 həftə ərzində baş sarğısı və ya xüsusi qoruyucu bandaj istifadə edilir.
-  5–7 gün ərzində istirahət məsləhətdir.
-  2–4 həftəyə tam normal həyata dönüş mümkündür.
-  Qızartı, şişkinlik və yüngül ağrılar normal və keçicidir.

1. Otoplastika ağrılı əməliyyatdırmı?
-  Əməliyyat zamanı ağrı hiss olunmur. Sonrasında isə ağrıkəsicilərlə idarə edilə bilən yüngül narahatlıq ola bilər.

2. Qulaq yenidən çıxıq vəziyyətə qayıda bilər?
-  Əgər əməliyyatdan sonra həkim tövsiyələrinə düzgün əməl olunarsa, nəticə qalıcı olur.

3.  Uşaqlara tətbiq oluna bilərmi?
-  Bəli, 6 yaş və üzəri uşaqlarda qulaq inkişafı tamamlana bildiyi üçün rahatlıqla aparıla bilər.

4.  Əməliyyatdan sonra iz qalırmı?
-  Xeyr. Kəsik qulağın arxasında olduğu üçün çöldən görünmür və zamanla tam solur.
LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft