LOR Hospital

Komputer tomoqrafiyası (KT)

Komputer tomoqrafiyası (KT)
Komputer tomoqrafiyası (KT) — bədənin daxili strukturlarını təbəqə-təbəqə görüntüləyən müasir diaqnostik müayinə üsuludur. Xüsusilə LOR (qulaq-burun-boğaz) sahəsində sümük və yumşaq toxuma patologiyalarının dəqiq qiymətləndirilməsi üçün geniş istifadə olunur.
KT necə aparılır?
1. Pasiyent xüsusi KT cihazına uzanır.
2. Müayinə 3–5 dəqiqə ərzində tamamlanır.
3. Əgər kontrast maddə istifadə ediləcəksə, öncədən həkim göstərişi və laborator analizlər aparılır.
Ən çox istifadə olunan LOR KT müayinələri
Paranazal sinusların KT-si
Nə üçün istifadə olunur?
• Xroniki və kəskin sinusit
• Burun tıxanıqlığı
• Sinusda kist, polip və ya şiş şübhəsi
• Əməliyyat öncəsi planlaşdırma (məsələn: FESS əməliyyatı)
Üstünlükləri:
• Rentgendən fərqli olaraq sümük və yumşaq toxumanı yüksək dəqiqliklə göstərir.
• Sinusların hava doluluğu, maye səviyyəsi və struktur dəyişiklikləri aydın görünür.
Qulaq və eşitmə yollarının KT-si (Temporal sümük KT)
• Xroniki orta qulaq infeksiyası
• Eşitmə itkisi səbəblərinin araşdırılması
• Körpələrdə doğuşdan eşitmə qüsurlarının qiymətləndirilməsi
• Koklear implantasiya öncəsi hazırlıq
Baş və beyin KT-si (LOR xəstəlikləri ilə əlaqəli hallarda)
• Kəllə-beyin travması
• Daxili qulaq və vestibulyar sistemin qiymətləndirilməsi (başgicəllənmə, tarazlıq pozğunluğu)
• Əzələ və sinir mənşəli səbəblərlə bağlı baş ağrıları
LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft