Radiologiya
Radiologiya, müxtəlif tibbi cihazların köməyi ilə xəstənin daxili orqanları haqqında dəqiq məlumat əldə etməklə məşğul olan tibbi sahədir. Tədqiqat üçün istifadə olunan radioloji cihazların böyük əksəriyyəti X şüası ilə işləyir. Bu cihazlar hamilələr və hamiləlik planlaşdıran qadınlar üçün zərərli olduğundan, bu kateqoriyadan olan pasiyentlərə tətbiq olunmur.
Rentgen – əsasən sümük və ağciyər xəstəliklərinin diaqnostikası üçün istifadə olunur.
Kompüter tomoqrafiya (KT) – X şüasının köməyi ilə insan bədənindən en kəsiyi şəklində vizual məlumat əldə edilir. KT zamanı xəstənin hərəkətsiz qalması tələb olunur. Bu üsul əsasən bədənin müxtəlif nahiyələrində olan şiş toxumalarını aşkarlamaq üçün istifadə olunur. Müayinəyə əsasən xəstəyə vena yolu ilə kontrast maddə inyeksiya edilə və ya içirilə bilər. Müayinədən 4 saat əvvəl xəstənin qatı qidaların qəbulunu dayandırması, həmçinin çay, kofe və meyvə suyunun qəbulu da məsləhət görülür.