LOR Hospital
Astma və Ağciyər Mərkəzi

Astma və Ağciyər Mərkəzi

“LOR Hospital”ın Astma və Ağciyər Mərkəzi tənəffüs sistemi xəstəliklərinin erkən diaqnostikası, effektiv müalicəsi və profilaktikası istiqamətində fəaliyyət göstərir. Mərkəzimizdə pasiyentlərə fərdi yanaşma tətbiq olunur, müasir avadanlıqlarla dəqiq müayinə və təhlükəsiz müalicə şəraiti yaradılıb.

Mərkəzimizdə icra olunan xidmətlər:
-  Bronxial astmanın müalicəsi
-  Hamilələrdə astmanın idarə olunması
-  Allergik və uzun müddət davam edən, səbəbi bilinməyən öskürəklərin araşdırılması
-  Kəskin və xroniki bronxitlərin müalicəsi
-  Pnevmoniyalar (sətəlcəm)
-  Ağciyərlərdə müxtəlif ölçülü ləkələrin araşdırılması
-  Spirometriya – Tənəffüs testi və ağciyər funksiyasının ölçülməsi

Mərkəzimizdə istifadə olunan müasir Spirometriya cihazı, xroniki bronxit, astma, allergik öskürəklər, xırıltılı və fitverici tənəffüs problemlərində dəqiq diaqnoz qoyulmasını təmin edir.

Astma və Ağciyər Mərkəzinin əsas məqsədi – pasiyentlərə rahat nəfəs və sağlam həyat bəxş etməkdir.
LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft