LOR Hospital

Otoakustik Emisiya (OAE)

Otoakustik Emisiya (OAE)
Orta qulaqda yerləşən, eşitməni təmin edən üç sümükdən biri olan ilbiz adlı sümükdə aşağı tezlikli akustik siqnallar meydana gəlir. Buna otoakustik emisiya deyilir.
İlbizdə əmələ gələn bu aşağı tezlikli səslərin bir mikrofon vasitəsilə ölçülməsi metodudur.
Bu test ağrısızdır və oturaq vəziyyətdə, tıxac formasında mikrofonun xarici qulağa yerləşdirilməsi ilə aparılır. Test zamanı xəstədən danışmaması və sabit durması tələb olunur.
Xarici qulaqda kir və ya tıxac olduqda, test aparıla bilmir. Həmçinin orta qulaq iltihabı, travma, təbil pərdəsinin retraksiyası, infeksiya və orta qulaqda mənfi təzyiq testin aparılmasına mane olur.
Otoakustik emisiya testi iki istiqamətdə aparılır:
• Öz-özlüyündən otoakustik emisiya (Spontan)
• Stimulyasiya edilmiş otoakustik emisiya (Evoked)
Spontan emisiya – stimulyasiyaedici səs verilmədən meydana gələn zəif və davamlı siqnallardır.
Normal eşitməyə malik insanların təxminən 50%-ində müşahidə olunur.
Normal tezlikli səs dalğalarının mövcud olduğu hallarda spontan otoakustik emisiya görülə bildiyi üçün bu növ testə nadir hallarda ehtiyac duyulur.
Stimulyasiya edilmiş otoakustik emisiya – qısa müddət ərzində (4–20 ms) verilən zəif səs dalğalarına qulağın verdiyi reaksiyanın ölçülməsi üsuludur.
Klinikada tətbiq sahələri:
• Yenidoğulmuşların eşitmə testləri
• Akustik travma
• Eşitmə siniri üzərində aparılmış cərrahi əməliyyatlardan sonra
• Funksional eşitmə itkisi hallarında
Test zamanı anesteziyaya ehtiyac duyulmadığından və testin müddəti qısa olduğundan bu üsul çox əlverişli və praktik hesab olunur.
LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft