LOR Hospital

Rentgen

Rentgen
Rentgen – bədənin daxili strukturlarını (sümüklər, boşluqlar, hava dolu sahələr və bəzi yumşaq toxumalar) görmək üçün istifadə olunan ağrısız, sürətli və qeyri-invaziv görüntüləmə üsuludur.
Rentgen şüaları vasitəsilə alınan görüntülər diaqnostik məqsədlərlə istifadə olunur.
Klinikamızda aşağıdakı LOR (qulaq-burun-boğaz) sahəsinə aid rentgen müayinələri yüksək keyfiyyətli cihazlarla və təcrübəli radioloqların nəzarəti altında aparılır.
Müayinənin müddəti və gedişi
• Prosedur 1–5 dəqiqə davam edir.
• Xəstə çəkiliş otağında xüsusi vəziyyətdə yerləşdirilir.
• Bəzi hallarda metal əşyalar çıxarılmalıdır.
• Körpə və uşaqlar üçün valideyn müşayiəti mümkündür.

Ən çox istifadə olunan LOR rentgen müayinələri
Paranazal sinusların rentgeni
Nə üçün istifadə olunur?
Xroniki və ya kəskin sinusit, burun tıxanıqlığı, baş ağrısı, burun axıntısı, kəllə travmaları və burun sümüklərinin sınıqları zamanı tətbiq olunur.
Bu müayinə ilə aşağıdakı hallar aşkarlana bilər:
• Sinuslarda maye yığılması
• Polip, kist və ya iltihab
• Sümük strukturlarında dəyişiklik
Adenoid qiymətləndirilməsi
Uşaqlarda adenoid böyüməsini qiymətləndirmək üçün istifadə olunur.
Səbəblər:
• Ağızla nəfəs alma
• Tez-tez təkrarlanan qulaq infeksiyaları
• Gecə xoruldama və tıxanıqlıq
Boyun rentgeni
• Qırtlaq (larinks) və nəfəs borusunun (traxeya) hava yolunun dəyərləndirilməsi
• Boğazda yad cismin olub-olmamasının müəyyənləşdirilməsi
LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft