Описание
LOR HƏKİM MÜAYİNƏSİ
Ünvana gələn LOR həkimi tərəfindən aşağıdakı problemlərin müayinəsi və ilkin diaqnostikası həyata keçirilir:
- Qulaq ağrısı və axıntısı
- Burun tıxanıqlığı və axıntısı
- Udqunma çətinliyi
- Yüksək temperatur
- Boğaz ağrısı və səs batıqlığı
- Kəskin və xroniki sinusit
- Allergik rinit
- Adenoid və badamcıq problemləri
İcra edilə bilən prosedurlar:
- Otoskopiya (qulaq daxili baxış)
- Qulaq tıxacının təmizlənməsi
- Yüngül tibbi müdaxilələr
- Lazım olduqda analiz və ya əlavə müayinələr üçün yönləndirmə
Necə sifariş verilir?
1. Əlaqə saxlayırsınız və ya Whatsapp nömrəmizə yazırsınız
2. Ərazi və vaxt dəqiqləşdirilir – komandamız sizinlə əlaqə saxlayaraq uyğun saat və ünvanı təsdiqləyir
3. LOR həkimi ünvana gəlir – steril və portativ avadanlıqla tam müayinə aparılır
4. Yekun rəy və tövsiyələr – həkim nəticəni izah edir və lazım gəldikdə müalicə yazılır