Oroantral fistula müalicəsi
Oroantral əlaqə oral cərrahiyyədə maksillyar sinus ilə oral boşluq arasında meydana gələn tez – tez rast gəlinən bir problemdir. Bu boşluq müalicə edilmədiyi təqdirdə fistul yaranmasına və maksillyar sinusit yaranmasına səbəb ola bilir. Oroantral boşluqlar əsasən premolyar və molyar dişlərin çəkilməsi zamanı diş kökü ilə sinusun əlaqəsi varsa yaranır. Eyni zamanda implant əməliyyatlarından sonra ,maksillyar sinusu və alveolar sümüyü əhatə edən patologiyalar zamanı, travmalarla əlaqəli yarana bilər. Dairəsi 2 mm – dən az olan fistulalar öz - özünə sağala bilər. Daha böyük boşluqlar isə cərrahi müdaxilə tələb edir. Cərrahiyəsi zamanı dəliyin morfologiyası, yerləşməsi, xəstənin vəziyyətindən asılı olaraq müxtəlif cərrahi texnologiyalardan istifadə olunur.