Koxlear implantasiya
Eşitmə zəifliyi olan insanlara tətbiq olunan cihazların fayda vermədiyi insanlara koxlear implantasiya tətbiq olunur. Koxlear implant mexanik səs enerjisini alıb, onu elektrik enerjisinə çevirib koxleaya ötürərək və insanın səsləri eşitməsini təmin edən cihazdır. Bu cihazın yerləşdirilməsi və reabilitasiyası uzun zaman tələb etdiyinə görə xəstənin mental vəziyyətinin sabit olması və bədən sağlamlığının tam qaydasında olmasına riayət ediməlidir.
Koxlear implant iki tərəfli ağır eşitmə zəifliyindən əziyyət çəkən insanlara tətbiq olunur. Cərrahi əməliyyatda qulaq – burun – boğaz həkimi, həkim audiolog, psixoloq, həkim radioloq iştirak edir.
Koxlear implantı əməliyyatı bunun üçün xüsusi təlim almış həkimlər tərəfindən aparılır. Əməliyyat mastoidektomiya, implant yatağının hazırlanması, fasial kəsiyin açılması, koxleostomiya, implantın yerləşdirilməsi mərhələlərindən ibarətdir.