Adenoidektomiya
Adenoidlər burunun arxa hissəsində yerləşən limfoid toxumadır. İnsanın immun sistemini təşkil edən orqanlardan biridir. Bəzən bu hüceyrə qrupu iltihablanaraq böyüyür, burun tıxanıqlığına səbəb olur. İlk 3 yaşa qədər uşaqlarda hava yolu ilə yoluxan xətəliklərdən qoruma funksiyası daşıyır.
İltihablanaraq böyümüş adenoid toxuması çətinləşmiş ağız tənəffüsü, yuxu apnoesi, xoruldama kimi xətəliklərə səbəb ola bilir. Eyni zamanda burundan nəfəs alma da çətinləşir, qoxu və dad alma duyğuları azalır. Bu hallarda qərar verilməsi məqsədilə bu problemlərin nə qədər sıxlıqla baş verdiyi haqqında məlumat əldə edilir.
Xəstənin vəziyyətinə görə orta qulaqda təkrarlanan infeksiyalar varsa, orta qulağa ventilyasiya borusu taxılması da adenoidektomiya ilə birlikdə həyata keçirilir.
Böyümüş və iltihablanmış adenoid toxuması ifrazatın burunda toplanmasına və təkrarlanan sinus infeksiyalarına səbəb olur. Tez - tez təkrarlanan sinusitlərin müalicəsi üçün ilk addım olaraq adenoidektomiyaya müraciət edilir.
Adenoidlər həyatın 2 – ci 10 illiyində kiçilir. Ancaq adenoidin ölçülərinin böyük olduğu halda kiçilməsi üçün uzun illər gözləmək mənfi nəticələrə səbəb olur. Belə ki, xəstənin burunla nəfəs alması çətinləşdiyi üçün ağzı açıq yatmaq məcburiyyətində qalır. Dolayısıyla bu hal üz və diş quruluşunun inkişafına mənfi təsir göstərir. Bundan əlavə beynin oksigen təchizatı azaldığı üçün öyrənmə və böyümədə də ləngimə müşahidə edilir.
Əməliyyat yerli və ya ümumi keyləşdirmə ilə həyata keçirilir. 10 - 15 dəqiqə müddətində sona yetir.
Əməliyyatdan 10 - 15 gün sonra xəstənin burun tıxanıqlığı problemi aradan qalxır, 7 – 10 günlük diet təyin olunur. Qısa zamanda xəstə normal həyatına qayıda bilir.