Allahverdiyeva Kamilə Saleh qızı 1980-ci ildə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakultəsinə daxil olmuşdur. 1986-cı ildə həmin universiteti bitirmiş, 1987-ci ildə isə “M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasında” internaturanı bitirmişdir.
1992-ci ildən otorinolarinqoloq kimi fəaliyyətinə başlamışdir. Həmin il “Ə.F.Qarayev adına 2 saylı Klinik Xəstəxanasında” otolarinqologiya üzrə iş stajı keçmişdir.
1993-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunda otolarinqologiya üzrə 4 aylıq kurs keçmişdir. Eyni zamanda 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə də təkmilləşdirmə kurslarında iştirak etmişdir.
2011-ci və 2016-cı illərdə Otolarinqologiya ixtisası üzrə həkimlərin sertifikasiyası imtahanlarından uğurlu nəticələr əldə etmişdir.
İştirak etdiyi kurslar, seminarlar, konfranslar
2011-ci ildə “Otorinolarinqologiya” kursu Haseki Hastanesi Istanbul,Turkiyə
2014-cü ildə Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz cəmiyyətinin 1-ci Beynəlxalq Konqresi
2017-ci ildə Qulaq Burun Boğaz Xəstəliklərinin müalicəsinə müasir yanaşma adlı Elmi Konfrans
2018-ci ildə Qulaq Burun Boğaz 1-ci Qış Simpoziumu
2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş Otolarinqologiya üzrə Beynəlxalq Elmi Praktik Konqresində iştirak etmişdir.
2019-cu ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə fəxri həkim adına layiq görülmüşdür.
İş təcrübəsi:
1992 – 2019 - A.Abdullayev adına 20 saylı poliklinika, otolarinqoloq
2014-2016 – Baku Clinic
2016-2017 – İstanbul NS Klinikası
2017-2019- Billur Klinikası
Hal hazırda LOR Hospitalda Otolarinqoloq kimi fəaliyyət göstərir.