2005-2012 - ci il tarixlərdə Odlar Yurdu Universiteti, Müalicə-işi fakültəsində təhsil almışdır.
2011- 2016- ci il tarixlərdə Kiyevdə Personalın İdarə Olunması üzrə Dövlətlərarası Akademiya, Heydər Əliyev adına Sosiologiya-Psixologiya İnstitutunda, Praktik- psixoloq ixtisasına yiyələnmişdir.
2011 –ci ildə Almaniya, BadenBaden “İnternational Academy for Homotoxicology”-də onlayn təhsil almışdır.
2014-2015-ci il tarixdə Ankara, Türkiyə Yıldırım Bəyazid adına təhsil və araşdırma xəstəxanasında, Audiologiya üzrə ixtisasartırma kursu keçmişdir.
2015-ci il tarixdə Kiyevdə prof. A.İ. Kolomiyçenko adına LOR institutunun Audiologiya və Vestibulogiya laboratoriyasında İ. A. Belyakovanın rəhbərliyi altında audiologiya və vestibulogiya üzrə kurs və təcrübə keçmişdir
Elmi iş – Kiyev, “Tələbə Gənclərin inkişafının dəyərli xüsusiyyətləri” müəllifidir.
İştirak etdiyi konfranslar və kurslar:
2013-cü il tarixdə Ümumi Psixoterapiya kursunu uğurla bitirmişdir.
2013-cü il tarixdə Neyro Lingvistik Proqramlaşdırma (NLP) kursunu uğurla bitirmişdir
2015-ci il tarixdə Eşitmə protezləşdirilməsinin müasir aspektləri elmi-praktiki konfransının iştirakçısı olmuşdur.
2013-cü ildən LOR Hospitalda Həkim-Audioloq kimi fəaliyyət göstərir.
Həyata keçirdiyi müayinələr:
Eşitmənin skrininq müayinəsi
Otoakustik emisyon-TEOAE
Audiometriya-(Saf səs audiometriyası, Oyun audiometriyası)
Timpanometriya
BERA (eşitmənin beyin sapı cavabları)
Koxlear İmplantlı və eşitmə cihazlı şəxslərin eşitməsinin təyini