Otoplastika (Qulaq Estetikası Əməliyyatı)
Daha simmetrik və estetik görünən qulaqlar üçün sadə və effektiv cərrahi müdaxilə
Otoplastika – doğuşdan və ya sonradan yaranan qulaq forması, ölçüsü və ya yerləşmə bucağındakı problemləri aradan qaldırmaq üçün aparılan estetik qulaq əməliyyatıdır. Ən çox rast gəlinən səbəb isə:
Qulaqların normadan artıq önə doğru çıxıq (kepenk qulaq) olmasıdır.
Kimlər üçün uyğundur?
- Qulaqları önə doğru çıxıq olanlar
- Qulaq forması asimmetrik və ya qıvrımları zəif inkişaf etmiş şəxslər
- Travma və ya əvvəlki əməliyyat sonrası qulaq deformasıyası olanlar
- 6 yaşdan yuxarı uşaqlar və böyüklər
Əməliyyat necə aparılır?
- Ümumi və ya lokal anesteziya ilə həyata keçirilə bilər
- Qulağın arxa hissəsindən gizli bir kəsik aparılır
- Qığırdaq toxuması formalaşdırılır və ya gücləndirilir
- Qulaq baş nahiyəsinə daha yaxınlaşdırılır və simmetrik formaya salınır
- Əməliyyat müddəti: 1–2 saat
Əməliyyatın üstünlükləri:
- Qulaqlar artıq önə doğru çıxmır, daha estetik görünür
- Özgüvən və sosial rahatlıq artır
- İzlər görünmür – çünki kəsik qulağın arxasında olur
- Təkrar əməliyyat ehtiyacı nadirdir
Bərpa prosesi:
- 1 həftə ərzində baş sarğısı və ya xüsusi qoruyucu bandaj istifadə edilir
- 5–7 gün ərzində istirahət məsləhətdir
- 2–4 həftəyə tam normal həyata dönüş mümkündür
- Qızartı, şişkinlik və yüngül ağrılar normal və keçicidir
➡ Otoplastika ağrılı əməliyyatdırmı?
Əməliyyat zamanı ağrı hiss olunmur. Sonrasında isə ağrıkəsicilərlə idarə edilə bilən yüngül narahatlıq ola bilər.
➡ Qulaq yenidən çıxıq vəziyyətə qayıda bilər?
Əgər əməliyyatdan sonra həkim tövsiyələrinə düzgün əməl olunarsa, nəticə qalıcı olur.
➡ Uşaqlara tətbiq oluna bilərmi?
Bəli, 6 yaş və üzəri uşaqlarda qulaq inkişafı tamamlana bildiyi üçün rahatlıqla aparıla bilər.
➡ Əməliyyatdan sonra iz qalırmı?
Xeyr. Kəsik qulağın arxasında olduğu üçün çöldən görünmür və zamanla tam solur