Описание
Göz yaşı axarı və kisəsinin tıxanıqlığı məliyyatı (Dakriosistorinostomiya – DSR)
Göz yaşı normalda göz yaşı vəzisi tərəfindən ifraz olunaraq göz səthini nəmləndirir, sonra isə göz yaşı axarı ilə buruna ötürülür.
Əgər bu kanal tıxanarsa:
- Göz yaşları axıb getmir
- Göz yaşarması (epifora), qızartı və hətta infeksiya baş verir
- Göz yaşı kisəsində iltihab (dakriosistit) əmələ gələ bilər
Hansı hallarda əməliyyat lazımdır?
- Davamlı göz yaşarması
- Göz yaşı kisəsində ağrılı şişlik
- Tez-tez təkrarlanan infeksiya və irin axması
- Dərman və digər üsulların təsir etmədiyi hallarda
Əməliyyatın üstünlükləri:
- Göz yaşının normal axını bərpa olunur
- İltihab və infeksiya riski azalır
- Sürətli bərpa və estetik nəticə
- Təkrarlanan göz yaşarması və axıntıdan azad olmaq
➡ Əməliyyat ağrılıdırmı?
Ümumi və ya lokal anesteziya altında aparıldığı üçün ağrı hiss olunmur.
➡ Əməliyyat iz qoyurmu?
Endoskopik üsulda iz olmur. Açıq üsulda çox kiçik, estetik tikiş qoyulur.
➡ Uğurlu nəticə faizləri nə qədərdir?
90-95% hallarda göz yaşı axını bərpa olunur və şikayətlər aradan qalxır.