LOR Hospital – Keyfiyyət Siyasəti və Öhdəliyi
Məqsədimiz:
LOR Hospital olaraq məqsədimiz pasiyentlərə təhlükəsiz, effektiv və etik tibbi xidmət göstərmək, onların sağlamlığını və məmnuniyyətini daim ön planda tutmaqdır.
Keyfiyyət Siyasətimizin Əsa Prinsipləri:
1. Pasiyent Yönümlülük
– Xidmətlərimizi pasiyentlərin ehtiyac və gözləntilərinə uyğun təşkıl edərək maksimum məmnuniyyət təmin edirik.
2. Davamlı Təkmilləşmə
– Bütün proseslər mütəmadi olaraq təhlil edilir, ölçülür və keyfiyyətin davamlı inkiaşı üçün fəaliyyət planları hazırlanır və tətbiq edilir.
3. Uyğunluq Öhdəliyi
– Beynəlxalq standartlara, normativ huquqi sənədlərə və digər tənzimləyici tələblərə tam riayyət olunur.
4. Peşəkar Heyətin İnkişafı
– Tibbi və inzibati heyətin bilik və bacarıqlarını artırmaq üçün davamlı təlim və inkişaf proqramları həyata keçirilir.
5. Risk Əsaslı Düşüncə
– Xidmət keyfiyyətinə təsir edə biləcək risk və imkanlar təhlil olunur və qabaqlayıcı tədbirlər görülür.
6. Maraqlı Tərəflərin Gözləntiləri
– Pasiyentlər, əməkdaşlar, dövlət qurumları və digər maraqlı tərəflərin tələbləri nəzərə alınaraq fəaliyyətlər planlaşdırılır və icra edilir.
Keyfiyyət Öhdəliyimiz:
LOR Hospital, ISO 9001:2015 standartına uyğun Keyfiyyət İdarəetmə Sistemini tətbiq etməklə:
- Müştəri məmnuniyyətini artırmağı,
- Xidmət keyfiyyətini davamlı inkişaf etdirməyi,
- Qanunvericilik və normativ tələblərə tam riayyət etməyi,
- Risk əsaslı yanaşmanı tətbiq etməyi,
- Müştəri və maraqlı tərəf gözləntilərinə cavab verməyi,
- Bütün əməkdaşların Keyfiyyət İdarəetmə Sisteminin effektivliyində aktiv iştirakını təmin etməyi
öhdəsinə götürür.
LOR Hospital rəhbərliyi bu siyasətin həyata keçirilməsinə, davamlı təkmilləşdirilməsinə və bütün əməkdaşlar tərəfindən dəstəklənməsinə tam öhdəlik götürür.